top of page
White Blue Minimalist Medical Doctor LinkedIn Banner.jpg
7.jpg
6.jpg
4.jpg
2.jpg
3.jpg
WhatsApp Image 2025-11-14 at 11.15.53_fa2241a0.jpg
WhatsApp Image 2025-11-27 at 12.23.43_2e5a6942.jpg
Peşəkarlıq və Təcrübə
WhatsApp Image 2025-11-27 at 19.55.03_4289326b.jpg

Our 
Story

Etibarlılığımız

Baku Medical Tourism olaraq fəaliyyətimizin əsasını etibar, şəffaflıq və peşəkarlıq prinsipləri təşkil edir. Bizim üçün hər bir pasiyentin sağlamlığı və məmnunluğu birinci yerdə dayanır. Buna görə də əməkdaşlıq etdiyimiz klinikalar, həkimlər və tibbi mərkəzlər dünyanın ən yüksək standartlarına cavab verən, beynəlxalq akkreditasiyadan keçmiş müəssisələrdir.

Hər addımda şəffaf yanaşmamız – qiymətlərdən tutmuş müalicə prosesinin gedişatına qədər – pasiyentlərə tam inam və rahatlıq bəxş edir. Xarici ölkələrdə, xüsusilə İsrail, Almaniya, İsveç, Cənubi Koreya, Fransa və ABŞ kimi qabaqcıl tibb mərkəzlərində təşkil etdiyimiz müalicə proqramları pasiyentlərimizin etibarını qazanmağımızın əsas səbəbidir.

Uzun illərin təcrübəsi və yüzlərlə uğurlu müalicə hekayəsi bizim etibarlılığımızın sübutudur. Biz sadəcə vasitəçi deyil, pasiyentin yanında olan sadiq tərəfdaşıq – vizadan tutmuş qarşılanma, xəstəxanaya qeydiyyat, tərcümə dəstəyi və onlayn həkim konsultasiyasına qədər bütün mərhələlərdə sizinləyik.

WhatsApp Image 2025-11-27 at 19.55.03_4289326b.jpg
WhatsApp Image 2025-11-25 at 10.56.21_84fa6e1b.jpg

Tibbi turizm nədir?

Tibbi turizm — insanların öz ölkələrindən kənara çıxaraq başqa bir ölkədə tibbi xidmət alması prosesidir. Bu xidmətlərə diaqnostika, müalicə, cərrahiyyə əməliyyatları, reabilitasiya və ya estetik prosedurlar kimi sahələr daxildir. Tibbi turizmin əsas məqsədi — yüksək keyfiyyətli tibbi yardım almaq, daha müasir texnologiyalardan yararlanmaq və ya daha sərfəli qiymətlərlə müalicə görməkdir.

Son illərdə tibbi turizm dünya üzrə sürətlə inkişaf edir. İnsanlar xüsusilə İsrail, Almaniya, Türkiyə, Cənubi Koreya, ABŞ və digər ölkələrə müraciət edərək, həm müalicə, həm də səyahət imkanlarını birləşdirirlər.

Azərbaycan da bu sahədə önəmli mövqeyə malikdir. “Baku Medical Tourism” kimi şirkətlər vasitəsilə xəstələr xarici klinikalarda müalicə ala, peşəkar həkimlərlə onlayn görüşlər təşkil edə və bütün səfər prosesində tam dəstək əldə edə bilirlər.

Əməkdaşlıqlarımız

“Baku Medical Tourism dünyanın aparıcı xəstəxana və klinikaları ilə sıx əməkdaşlıq edir. Məqsədimiz – hər bir pasientə beynəlxalq standartlara uyğun, təhlükəsiz və effektiv müalicə imkanı yaratmaqdır.”

Image by Levi Meir Clancy

🇮🇱 İsrail

nevrologiya, onkologiya və uşaq xəstəlikləri üzrə ixtisaslaşmış klinikalar

Image by Mark König

🇸🇪 İsveç

orqan transplantasiyası və kardiologiya üzrə qabaqcıl xəstəxanalar

Image by Samuel Hagger

🇩🇪 Almaniya

cərrahiyyə və reabilitasiya mərkəzləri

Image by Aaron Burden

🇺🇸 Amerika Birləşmiş Ştatları

innovativ müalicə texnologiyaları və diaqnostika

Taegeukgi

🇰🇷 Koreya

plastik cərrahiyyə və tibbi texnologiyalarda lider mərkəzlər

Image by Rafael Garcin

🇫🇷 Fransa

estetik və ümumi cərrahiyyə üzrə beynəlxalq klinikalar

Həkim konsultasiyaları və ilkin diaqnostika

Müalicə üçün sənədləşmə və viza dəstəyi

Həkim konsultasiyaları və ilkin diaqnostika

Service 4

Contact


Eldar Tağızadə küçəsi 1,
Bakı, Azərbaycan

+994705263090

  • Facebook
  • Twitter
  • LinkedIn
  • Instagram
bottom of page